Haqqımızda

Xidmətlərimiz:

Şirkətimiz fiziki və hüquqi şəxslər üçün professional muhasibat ve auditor xidmətləri təklif edir. Bundan əlavə, vergi orqanlarına və pensiya fonduna hesabatların təqdim edilməsini təmin edirik. Xidmətlərimizdən istifadə etdikdə bu üstünlükləri əldə edə bilərsiniz:

  • Mühasibat uçot

Mühasibat uçotunun peşəkar aparılması və sənədlərin sistemli strukturlaşdırılması, o cümlədən mədaxil və məxaricin hesablanması;

Vergi yoxlamasına və pensiya fonduna məlumatların verilməsi daxil olma qla, dövlət orqanlarına uçot sənədlərinin vaxtında təqdim edilməsi;

Yüksək keyfiyyətli vergitutma təmin etmək üçün şirkətiniz üçün mühasibat prinsiplərinin yaradılması;

Mövcud qanunvericilikdə nəzərdə tutulan bütün zəruri ödənişləri nəzərə kompleks mühasibat xidməti. Verqi orqanlarına, DSMF-a, Statistika Komitəsinə və Əhalinin Məşğulluğu Fonduna hesabatların hazırlanması və təqdim edilməsi);

Şirkət əməkdaşlarının işlə əlaqəli olan bütün zəruri sənədlərinin qeydiyyatı (kadrların uçotunun aparılması sənədləri, əmək haqqı üzrə hesablaşma əməliyyatları);

Müştərilərin əksəriyyəti üçün çox vacib olan "kənardan(outsoursing) mühasiblik " xidməti tamamilə məxfi olaraq təmin olunur. Şirkətimizin heyətində bu sahədə yüksək səviyyəli peşəkarlıq və geniş təcrübə olan əməkdaşlar mövcuddur. Mühasibat uçotu üçün müxtəlif variantları təklif edirik.

  • Auditor xitməti

Sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətinin düzgünlüyünün qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunun yoxlanılması;

Auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinin məlumatlandırılması;

Yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasının təmini;

Vergi hesabatına dair illik auditor rəyinin verilməsi.

Diqqətinizə çatdırmaq istərdik ki, şirkətimiz tərəfindən təklif olunan mühasibat xidmətlərinin dəyəri məqbul səviyyədədir.

Şirkətimiz bütün hesabatların, formaların düzgün doldurdurulmasına və bu sənədlərin vaxtında təqdim edildiyinə zəmanət verir. Zəmanətli bir keyfiyyətin təmin edilməsi üçün biz həmişə mühasibat uçotu və ya auditor müqaviləsi bağlayırıq. Bu müqavilə şirkətimiz tərəfindən planlaşdırılan xidmətin həcmi barədə bütün məlumatları ehtiva edir.

Qiymətlərin məqbul olduğu zaman təklif etdiyimiz kompleks mühasibat və auditor xidməti bu gün üçün ən sərfəli variant hesab edilə bilər.